Qurban Məmmədovun obyektindən əşyalar çıxarılır — FOTOLAR

HADİSƏ 05 sen 2020, 15:25

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli evi boşaldılır.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə əşyalar çıxarılıb məhəllədəki sığınaqa yerləşdirilir.


Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar da çıxarılıb.


Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top