Keçmiş baş həkim TƏBİB-i məhkəmədə uddu

HADİSƏ 25 apr 2024, 14:13
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən işdən çıxarılan Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev əsassız olaraq işdən çıxarıldığı üçün məhkəməyə müraciət edib.

Demokrat.az
xəbər verir ki, bu barədə R.Nağıyevin özü haqqin.az-a məlumat verib.

O bildirib ki, məhkəmə iddianı təmin edib.

Rauf Nağıyev 2023-cü ilin dekabrında tutduğu vəzifədən azad edilib. 2015-ci ildən baş həkim vəzifəsində çalışır.

Keçmiş baş həkim əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini əsas gətirərək işə bərpa olunmasını və buraxılmış iş günlərinə görə maaşların ödənilməsini tələb edərək məhkəməyə müraciət edib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə sabiq baş həkimin iddiası təmin edilib.

Rauf Nağıyev 44 günlük Vətən Müharibəsi iştirakçısı kimi təltif edilib və COVID-19 əleyhinə keçirilən tədbirlərdə fəal iştirak edib.

İddiaçı bildirdi ki, Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, işdən çıxarılması barədə ona 2 ay əvvəldən məlumat verilməyib.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top