Prezident: "Yapon şirkətləri Azərbaycanın neft-qaz sektoruna çoxlu vəsait yatırıblar"

İQTİSADİYYAT 02 sen 2020, 18:56

"Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır".

 

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edərkən deyib


Dövlət başçısı bildirib:


"Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top