Dünya

Əfqanıstanda daşqınlar 160 can aldı

Əfqanıstanda daşqınlar 160 can aldı

Əfqanıstanın azı 10 əyalətinə yayılan güclü daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb, 250 sakin xəsarət alıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Fəlakətləri İdarəetmə və Humanitar İşlər Nazirliyindən bildiriblər.

Ən ciddi ziyan Pərvan əyalətinə dəyib. Belə ki, 129 nəfər ölüb, 130 nəfər xəsarət alıb, 4 mindən çox insan isə böyük həcmdə zərərə düşüb.

Daşqınlar həmçinin Kapisə, Kabil, Pəncşir, Meydan Vərdək, Lögər, Paktiyə, Nuristan, Nangərhar, Lağman, Xost, Ğəzni əyalətlərində də fəsadlar törədib.

Demokrat.az

D
demokrat.az