Dünya

“Belarusda seçkilər baş tutub” — Putin

“Belarusda seçkilər baş tutub” — Putin

Rusiya Prezidenti Vladimir Putin Belarusda keçirilmiş seçkiləri baş tutmuş hesab etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə dövlət başçısı “Rusiya-1” telekanalına müsahibəsində danışıb. “Biz seçkilərin baş tutması faktından irəliləyirik”, - deyə Putin bildirib.

Qeyd edək ki, Vladimir Putin avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkidəki qələbə münasibətilə təbrik etmişdi.

Ölkədə isə kütləvi etiraz aksiyaları davam edir, etirazçılar seçki nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər.(qafqazinfo.az)

D
demokrat.az