Dünya

Navalnının vəziyyəti necədir?

Navalnının vəziyyəti necədir?

“Aleksey Navalnının vəziyyəti stabil ağırdır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə rus müxalifət lideri Aleksey Navalnının yerləşdirildiyi Berlinin “Şarite” klinikasından açıqlama verilib. Bildirilib ki, siyasətçinin vəziyyəti stabil olsa da hələ ki, ağır olaraq qalır: “Nəticəsi bəlli olmasa da, həyatı üçün heç bir təhlükə yoxdur”.

Bundan əlavə qeyd edilib ki, xəstənin simptomları yox olmağa başlayıb və hazırda komadadır.

Xatırladaq ki, avqustun 20-də A.Navalnının uçduğu təyyarə müxalif siyasətçinin halının pisləşməsi səbəbilə Omsk şəhərinə təcili eniş edib. Orada xəstəxanaya yerləşdirilən Navalnıya 21 avqustda həkimlər tərəfindən maddələrin mübadiləsinin pozulması diaqnozu qoyulub.

Siyasətçi avqustun 22-də Almaniyanın Berlin şəhərində yerləşən “Charite” klinikasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl “Şarite” klinikasının həkimləri siyasətçinin bədənində xolinesteraz inhibitorları qrupuna aid maddələrin aşkar edildiyini elan etmişdilər.

Demokrat.az

D
demokrat.az