Sosial

Eyni sinifdə oxuyanlar dərsə fərqli gündə gedə bilər

Eyni sinifdə oxuyanlar dərsə fərqli gündə gedə bilər

"Valideynlər övladlarının həftənin hansı günündə dərsə gələcəyini məktəbdən öyrənəcəklər".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris planları hazırlanaraq məktəbə göndəriləcək:

"Ola bilər ki, eyni sinifdə oxuyan şagirdlər dərsə həftənin müxtəlif günlərində gedə bilərlər. Sentyabrın 8-dən sonra məktəbə müraciət etməklə bu tarixi öyrənmək olar".

Nazir əlavə edib ki, məktəblərin açılması və açıldıqdan sonrakı davranışlara aid metodik göstəricilərin yaxın günlərdə təsdiqlənərək ictimaiyyətə açıqlanması gözlənilir.

D
demokrat.az