Belarusda prezident seçkilərinin nəticələri açıqlandı

DÜNYA 14 avq 2020, 15:59

Belarus Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin son nəticələrini açıqlayıb.


Demokrat.az xəbər verir ki, MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizi hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya, 10,1 faizi müxalifət namizədi Svetlana Tixanovskayaya səs verib.


Belarus parlamentinin aşağı palatasının deputatı Anna Kanopatskaya 1,6 faiz, “Həqiqəti söylə” İctimai Birliyinin həmsədri Andrey Dmitriyev 1,2 faiz, Belarus Sosial Demokrat Partiyasının (“Hramada”) sədri Sergey Çereçen isə 1,14 faiz səs toplayıb. 4.59 faiz hamısının əleyhinə səs verib.


Tixanovskaya MSK-ya ilk seçki nəticələrini tanımadığını iddia edərək şikayət edib. Müxalifət qərargahı hesab edir ki, seçki məntəqələrindən müstəqil toplanmış məlumatlar onun seçicilərin 70-80 faizinin dəstəyini alaraq seçkilərdə qalib gəldiyini göstərir.  MSK onun şikayətlərini rədd edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top