Bakıda beşmərtəbəli binada YANĞIN — Sakinlər təxliyə edildi

HADİSƏ 14 avq 2020, 14:46

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli 10 p.m yanıb.


Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top