Rəhim Qazıyevin vəsatəti rədd edildi

HADİSƏ 13 avq 2020, 15:37

Sabiq müdafiə naziri Rəhim Qazıyev həbsdən azad olunması ilə bağlı vəsatətinə baxılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan iclasda Rəhim Qazıyevin vəkili Elçin Sadıqovun müdafiə etdiyi şəxsin həbsdən azad olunması ilə bağlı verdiyi vəsatət araşdırılıb və qərar qəbul edlib.


Qərara görə, vəsadət rədd edilib.


Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Rəhim Qazıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İttihama görə, Rəhim Qazıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.


2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.


İstintaq orqanı tərəfindən Rəhim Qazıyevin barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.


Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top