Goranboyda karantin rejimini pozan kafe aşkarlandı — FOTO

HADİSƏ 13 avq 2020, 12:23

Goranboy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

 

Obyekt sahibi və müştərilər saxlanılaraq, RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) üzrə protokol tərtib olunub, onlar 200 manat məbləğində cərimə edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top