Sosial

Gürcüstandan 280 nəfərə qədər azərbaycanlı təxliyə olunur

Gürcüstandan 280 nəfərə qədər azərbaycanlı təxliyə olunur

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb.

Demokrat.az

D
demokrat.az