Abşeronda iki qardaş polislərə hücum çəkdi

HADİSƏ 11 avq 2020, 11:48

Abşeron rayonunda xüsusi karantin rejimini pozan iki nəfər həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Əliyev Burxan Rizvan oğlu və Əliyev Bəysəfa Rizvan oğlu saxlanılıb.


Hər iki qardaşın xuliqanlıq hərəkətləri etməsi, onların karantin rejimini pozması, polisə müqavimət göstərməsi müəyyən olunub.


İstintaq orqanı tərəfidən Burxan Əliyev və Bəysəfa Əliyevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) və 221.3-cü (xuliqanlıq əməlləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib.


İstintaq gedir.


Fariz Məlikli

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top