Belarusda bəzi müəssisələrdə tətil elan olundu

DÜNYA 10 avq 2020, 16:00

Belarusda fəaliyyət göstərən müəssisələrdən birində işçilər Aleksandr Lukaşenkonun əleyhinə tətil elan etmək məqsədilə bir araya gəliblər.


Lenta.ru xəbər verir ki, bu barədə “NEXTA Live” “Telegram” kanalı xəbər yayıb.


Tətil haqqında “Brestjilstroy” müəssisəsinin işçiləri elan verib.


Onlar ədalətli və şəffaf prezident seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini və onlara qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsini tələb ediblər.


Tətil avqustun 10-dan 11-dək davam edəcək.


İşçilər bildirib ki, A.Lukaşenkonun prezident elan olunacağı təqdirdə müddətsiz tətillərə başlayacaqlar.


Eyni zamanda, Belarus Maşınqayırma Zavodunda tətilə başlandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top