Xəzərdə batan neftçinin meyiti tapıldı — YENİLƏNİB

HADİSƏ 10 avq 2020, 22:26

“Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, dünən itkin düşən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun meyiti tapılıb.

 

Bununla bağlı Oxu.az-ın sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

 

Mərhumun meyiti aidiyyəti üzrə ekspertizaya göndərilib.

 

16:15

 

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlu dünən növbədə olan zaman itkin düşüb.

 

Demokrat.az bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Nazirliyin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub.

 

“Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”.


Bu barədə Demokrat.az-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.


Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Əliyev Vidadiyə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. 


“Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb.


İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. 


Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”,- məlumatda qeyd edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top