Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edildi — TƏFƏRRÜAT

HADİSƏ 10 avq 2020, 09:36

Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.


Bakı şəhər sakini Nizami Nəcəfov 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.


Nizami Nəcəfov həbs edilib.


Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Suraxanı rayon Məhkəməsinə təqdimat göndərilib.


Hakim Ceyhun Qədimovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.


Nizami Nəcəfovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İstintaq orqanı tərəfindən Nizami Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.


İstintaq gedir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top