Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi — FOTOLAR

HADİSƏ 09 avq 2020, 18:53

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


Demokrat.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 


Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.


Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top