Deputat: "Payız və qış aylarında virus daha geniş yayıla bilir”

GÜNDƏM 09 avq 2020, 08:08

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust tarixi maska taxılması həftəsi elan olunub. Bildirilib ki, maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır: 


“Burnunuzu, ağzınızı və çənənizi örtmək şərtilə maska taxın, fiziki məsafəni qoruyun, əllərinizi təmiz saxlayın, kütləvi yığıncaqlardan uzaq durun, öskürəndə və asqıranda ağız və burnunuzu örtün”. 


Pandemiyanın yayıldığı ilk gündən maskadan istifadənin zəruriliyi qeyd olunsa da, bir çoxları verilən tövsiyələrə qeyri-ciddi yanaşır. 


Nəzərə alsaq ki, artıq ölkəmizdə karantin rejiminin yumuşaldılması müşahidə olunur. Bu baxımdan vətəndaşların ikiqat diqqətli olması lazımdır. Ona görə də sosial izolyasiya qaydalarına əməl etmək hər kəsin başlıca vəzifəsidir. Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, yaranmış şəraitdən çıxmaqdan ötrü bütün yük dövlət və hökumət qurumlarının çiynindədir. Onlar özlərindən asılı olan hər şeyi edirlər. 


Parlament üzvü vurğulayıb ki, cənab Prezident İlham Əliyev ilk gündən bildirdi ki, başlıca məqsəd vətəndaşın salamat və sağ qalmasıdır: 


“Ona görə də geniş tədbirlər işlənib hazırlandı. Lakin görülən tədbirlərə vətəndaşlarımız adekvat cavab verməsələr, yəni müəyyənləşdirilmiş tələblərə riayət etməsələr, vəziyyət pisləşər, iqtisadiyyatı irəli aparmaq olmaz. Nəticədə ağır vəziyyət yaranar. Hər bir şəxs ilk növbədə özünün, ailəsinin, qohum-əqrabasının sağlamlığını qorumalıdır. Bu isə bütün cəmiyyətin qorunmasına gətirər. 


Nəzərdən qaçırmayaq ki, payız və qış aylarında virusun daha geniş yayıla bilməsi imkanları artdığı üçün insanlarımız çağırışlara ciddi yanaşmalı, məsuliyyətli olmalıdırlar.Tibbi maska taxılmalı, sosial məsafə gözlənilməli və gigiyena qaydalarına riayət olunmalıdır. Elə etməliyik ki, bu bəladan tez və az itki ilə çıxaq. Hər şey vətəndaşın özündən asılıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top