Siqaretə görə yol qəzası baş verdi — 3 nəfər ağır yaralandı

HADİSƏ 08 avq 2020, 21:42

Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un məlumatına görə, hadisə magistral yolun 20-ci km-də qeydə alınıb.


Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında park vəziyyətdə saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.


Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vusal Azad oğlu ağır bədən xəsarətləri alıblar.


Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.


Müayinə zamanı Y. Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X. Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V. Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top