Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır — CƏDVƏL

SOSİAL 07 avq 2020, 22:44

Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.

 

Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 8 və 9 avqust tarixlərində hərəkətdə olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top