"Mənə təzyiq edə bilməzlər, nəyisə xahiş edərlər" — Razi Nurullayev

SOSİAL 06 avq 2020, 18:37

“Heç yerdə təzyiqə məruz qaldığımı bildirmişəm. Yanlış məlumatdır. Mən sadəcə təzyiqlərə məruz qala biləcəyimi demişdim. Amma mənə nə təzyiq göstəriləcək ki? Deputatam, azad insanam və fikrimi bildirmişəm. Kimlərsə məndən xahiş edə bilər. Deyə bilərlər ki, filan fikri səsləndirmə. Bu kimi etirazlar anlaşılandır, amma kiminsə mənə nəyisə qadağan etməsi kimi bir şey yoxdur. Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı mənə irad bildirilməyib”.

 

Demokrat.az bildirir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib. Deputat təzyiqə məruz qalmasıyla bağlı yayılan məlumatların əsassız olduğunu bildirib.

 

Xatırladaq ki, ötən gün Milli Məclisin iclasında deputat Razi Nurullayev TƏBİB və Operativ Qərargahı sərt şəkildə tənqid edib. Millət vəkili çıxışı zamanı  problemləri dilə gətirdiyi üçün təzyiqlərə məruz qala biləcəyini də diqqətə çatdırıb:

 

“Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb, onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam”. (Yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top