“Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar” — Səttar Möhbalıyev bərpa üçün pul istəyir

GÜNDƏM 06 avq 2020, 16:05

“Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib.

 

O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində uzun illərdir, qaçqın və məcburi köçkünlər yaşayır:

 

“Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər. Dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır. Mən Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar, bizə niyə vəsait ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısan. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

 

S.Möhbalıyev, həmçinin, Naxçıvana dövlət büdcəsindən ayrılan vəsaitin az olduğunu da xatırladıb: “1,3 milyon manat vəsait ayrılıb, ayrılmasa, ondan yaxşı idi”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top