Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verdi

SİYASƏT 05 avq 2020, 15:48

Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı verib. 

 

Demokrat.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

 

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

 

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top