Beyrutdakı partlayışda BMT-nin 48 əməkdaşı yaralanıb

DÜNYA 05 avq 2020, 14:13

Beyrutda baş verən partlayışda Birləşmiş Millətlər Təşkilatının personalı yaralanıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə çərşənbə günü təşkilatın baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamada bildirib.

 

“Beyrutdakı partlayış BMT-nin 48 işçisini və 27 ailə üzvlərini yaraladı” deyib.

 

Çərşənbə axşamı günü Livanın dəniz bazası yaxınlığında Beyrut dəniz limanı bölgəsində güclü partlayış baş verib.

 

Partlayış dalğası Livan paytaxtının yaşayış sahələrini sarsıdıb.

 

Ən son məlumatlara görə, ən azı 78 nəfər partlayışın qurbanı olub, 4 min nəfər yaralanıb. Livanın paytaxtı fəlakət bölgəsi elan edilib və iki həftə ərzində şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub. (Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top