Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6-ya çatdı

DÜNYA 05 avq 2020, 13:06

Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

 

Nazir qeyd edib ki, vəziyyəti ağır olan yaralılardan biri əməliyyat olunub,  onun səhhəti normaldır.

 

Digər 5 Türkiyə vətəndaşı yüngül xəsarət alıb.

 

Qeyd edək ki, dünən axşam saatlarında Beyrut limanında güclü partlayış olub. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan isə yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top