“Tarixi torpaqlarımızı geri qaytarmaq cəmi üç saatlıq işdir” — Alim

GÜNDƏM 04 avq 2020, 11:52

Bu günlərdə cəbhə xəttində atəşkəs yenə pozuldu. Ermənilər Qurban bayramında da  xislətlərinə sadiq qaldılar. Atəşkəsi pozmaqla kifayətlənməyib, hətta Ermənistan ərazisində Azərbaycan xalqına məxsis dini abidələri, o cümlədən məscidləri dağıtdılar. Bu isə təkcə azərbaycanlılara yox, bütün dünya müsəlmanlarına təhdiddir. Əslində ermənidən bundan başqa heç nə gözləmək olmz. Necə deyərlər, vandal gəlib, vandal gedəcəklər. 


Tarixçi Dilavər Əzimli  ermənilərin növbəti çirkin əməli barədə “Sherg.az”a danışarkən Dağlıq Qarabağın azad olunacağı günün uzaqda olmadığını deyib: “Ermənilər həmişə tarixi sonradan yaşayırlar. Biz onların iyrənc addımlarına tutarlı cavab verməliyik. Bunun yeganə yolu isə anti-terror əməliyyatlarının keçirilməsi və Dağlıq Qarabağın ermənilərdən təmizlənməsidir. İnanıram ki, bu barədə əmr imzalanacaq. Tovuz təxribatı zamanı gənclərimizin hərbi-vətənpərvərlik ruhunun necə yüksək olduğunu gördük. Deməli, tarixi torpaqlarımızı geri qaytarmaq bizim üçün heç də çətin deyil. Cəmi üç saatlıq işdir. Bundan sonrasını düşmən düşünsün”.

 

D. Əzimli, həmçinin ermənilərin necə qorxaq millət olduğunu faktlarla göstərdi: “Dövlət başçımızın da dediyi kimi, hünəri varsa, Dağlıq Qarabağ respublikasını tanısın. Niyə tanımır?! Hünəri varsa, bizimlə təkbətək vuruşsun. Niyə Rusiyanın arxasında gizlənir?! Çünki qorxur. Ermənistan Rusiyanın arxasında gizlənib hürürsə, quyruğunun qapı arxasında qalacağından əmin olsun”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top