Gürcüstan prezidenti ölkə müsəlmanlarını təbrik etdi

DÜNYA 31 iyl 2020, 23:13

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.


“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı Qurban bayramını sülh, ümid, dəstək, insanlara qayğı və xeyirin şər üzərində qələbə bayramı adlandırıb.


Onun sözlərinə görə, pandemiya dövründə qarşılıqlı qayğı olduqca vacibdir:


“Qurban bayramının ruhu gündəlik həyatımızın ayrılmaz hissəsi olmalıdır. Bu il böyük bayramı geniş qeyd edə bilməsək də, müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik etmək istəyirəm. Onlara sülh, birlik və ən əsası cansağlığı arzulayıram”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top