Millimizin oyunlarının yeni tarixi açıqlandı

İDMAN 27 iyl 2020, 10:31

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.


"Report"un məlumatına görə, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.


Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.


Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə oynayacaq. Görüş dekabrın 1-də keçiriləcək.


Qeyd edək ki, 7-ci qrupun oyunları Belçikada olacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top