ABŞ-da etirazçılar məhkəmə binasına od vurdu — VİDEO

DÜNYA 26 iyl 2020, 19:39

ABŞ-ın Kaliforniya ştatında etirazçılar məhkəmə binasını yandırıblar. 


Life.ru xəbər verir ki, polis etirazçıların sayının 700-dən çox olduğunu açıqlayıb.


Hüquq mühafizə orqanları insanları etirazların geniş vüsət aldığı Alamida rayonuna gəlməməyə çağırıb. 

 

Bundan başqa, gecə saatlarında Texas ştatında silah səsləri eşidilib. Hadisə zamanı bir nəfər ölüb.


Eyni zamanda, etirazlar Sietldə də davam edir. 


Qeyd edək ki, iki aydır ABŞ-ın müxtəlif yerlərində avroamerikalı Corc Floydun öldürülməsinə görə etirazlar səngimək bilmir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top