Bakı şəhərində bir neçə küçə və prospektə yolların rənglənməsi prosesi həyata keçirlir və rənglənmə işləri aparılarkən yol kənərlarında sarı xətlər yığışıdırılır.
Eyni zamanda təhlükəsizlik adacıqlarında da sarı xətlərin əksəriyyəti ağ xətlə əvəzlənir.
Bununla bağlı avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir və yenidən rənglənmə gedən ərazilərdə sarı xətlərin əvəzinə ağ xətlər çəkilir. Harda ki, dayanmaq olmaz o ərazilər sarı xətlərlə işarələnir.


