Siyasət

Elman Nəsirov: "Milli Məclisə daxil olanlar ölkədə xaos, anarxiya yaratmaq niyyətində idi" — VİDEO

Elman Nəsirov: Milli Məclisə daxil olanlar ölkədə xaos, anarxiya yaratmaq niyyətində idi — VİDEO

"İnsanlar ilk növbədə şəhidlərə olan ehtiramlarını ifadə etmək üçün Şəhidlər Xiyabanı istiqamətində hərəkətə keçmişdilər. Hər şey öz qaydası ilə gedirdi. İnsanlar bu şəkildə dövlətin yanında olduğunu, ordunun yanında olduğunu, Ali Baş Komandanın yanında olduğunu "Qarabağ bizimdir" şüarları ilə çıxış edirdilər. Düşmənə bağlı öz nifrətini ifadə edirlər. Amma təəssüf ki, sonda müəyyən təxribatçı qruplaşmalar bu insanların sırasına qoşuldu".

Demokrat.az-ın xəbərinə görə, bu fikirləri "Kanal 13"-ə müsahibəsində millət vəkili Elman Nəsirov deyib.

O, bildirib ki, həmin şəxslər aksiyanın mahiyyətini dəyişmək istəyiblər:

"Milli Məclisə müdaxilə etdilər, Milli Məclisin daxilində onun əmlakına ziyan vurdular. Tamamilə əvvəlki məzmundan fərqli mövqe ortaya qoydular. Milli Məclisə, içəri girən insanların çıxışında, şüarlarında daha orduya dəstək, Ali Baş Komandana dəstək "Qarabağ bizimdir" kimi şüarlar yox, siyasi ambisiyalar ortaya qoyulur və bu, ölkədə xaos, anarxiya yaratmaq niyyəti idi".

Vaqif

Demokrat.az

D
demokrat.az