Sosial

SMS icazəsi ilə bağlı DƏYİŞİKLİK

SMS icazəsi ilə bağlı DƏYİŞİKLİK

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılır.

Demokrat.az-ın xəbərinə görə,şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti iki saatdan üç saatadək artırılır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir. Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

D
demokrat.az