44 ildən sonra Yer kürəsində əhalinin sayı azalmağa başlayacaq

DÜNYA 15 iyl 2020, 10:11

Alimlərin proqnozlarına görə, 2100-cü ildə Yer kürəsində insanların sayı 8,8 milyard təşkil edəcək. Bu, BMT-nin eyni proqnozundan 2 milyard nəfər azdır.


“Lancet” nəşri yazır ki, mütəxəssislər 2064-cü ilə qədər planetimizin əhalisinin sayının 9,7 milyard nəfərə çatacağını gözləyilər. Lakin bundan sonra azalma başlayacaq.


Tədqiqatçıların fikrincə, azalmaya səbəb doğuş göstəricilərinin enməsi olacaq. Buna isə arzuolunmaz hamiləlikdən qoruyan vasitələrə əlyetərliyin artması və qadınların savad səviyyəsinin yüksəlməsi gətirib çıxaracaq.


2100-cü ildə əhalisinin sayına görə ilk beş ölkə aşağıdakı ardıcıllıqla düzüləcək: Hindistan, Nigeriya, Çin, ABŞ və Pakistan. Hər halda, alimlərin proqnozları belədir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top