Belarus XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

SİYASƏT 15 iyl 2020, 00:00
Belarus Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə riayət etməyə, gərginliyin artmasına və insan tələfatına səbəb olan istənilən addımdan qaçmağa çağırır.
 
 
Demokrat.az bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında bildirib. 
 
 
“Tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginliyi artıracaq və insan itkilərinə aparan hər hansı bir addımlardan çəkinməyə çağırırıq. Ümid edirik ki, Bakı və İrəvan birbaşa dialoqu bərpa edəcək, bütün bölgədə sabitliyə görə məsuliyyəti dərk edərək hər iki xalqa xas olan müdriklik və ehtiyatlılıq nümayiş etdirəcəklər”, - XİN-in saytındakı bəyanatda deyilir.
 
 
Qurumda, həmçinin ümid edirlər ki, Azərbaycana və Ermənistana dost olan bütün ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində, vəziyyətin daha da gərginləşməməsi üçün öz nüfuzundan istifadə edəcəklər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top