Başından xəsarət alan futbolçu xəstəxanaya aparıldı

İDMAN 14 iyl 2020, 15:26

İtaliyanın "Atalanta" klubunun futbolçusu Luis Muriel xəstəxanaya yerləşdirilib. 


"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komanda yoldaşları ilə nahar edərkən hovuzun kənarında sürüşüb və başından zədə alıb. 


Muriel ciddi zədədən qaçsa da A Seriyasının XXXIII turunda evdə "Breşiya" ilə matçı buraxacaq. 


Qeyd edək ki, Luis Muriel bu mövsüm bütün turnirlərdə "Atalanta" forması ilə 35 oyuna çıxıb və 18 qol vurub. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top