Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü

HADİSƏ 14 iyl 2020, 10:01

Bakıda ölüm hadisəsi baş verib.


“Report”un xəbərinə görə, hadisə iyulun 10-u gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.


Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Daha sonra o, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya daxil olub.


Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-ü saat 11 radələrində xəstəxanada ölüb.


Araşdırmalar aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top