"Dünənki döyüş bir daha ermənilərə Rusiyasız heç kim olduqlarını göstərdi" — Aslan İsmayılov

GÜNDƏM 13 iyl 2020, 20:27

Aprel döyüşlərinə “bir-iki təpə aldılar”, dünənki döyüşü “yenə heç nə olmadı, ancaq şəhid verdik” deyənlərin ya ağılları, təhlil qabiliyyətləri ümumiyyətlə yoxdur, yaxud onları vəzifə davasından başqa heç nə maraqlandırmır və buna görə torpaqlarımızı da verməyə hazırdırlar.

 

- Aprel döyüşləri Ermənistanda əlləri şəhidlərimizin qanına batmış, torpaqlarımızı işğal edən Köçaryan-Sarqsyan bandasının hakimiyyətdən getməsi ilə nəticələndi.


- Paşinyanın hakimiyyətə gəlməsi Rusiya-Ermənistan münasibətlərini korladı.


- Dünənki döyüşlərdən sonra Ermənistanda daxili vəziyyət daha da pisləşib, yeni dövlət çevrilişi və vətəndaş müharibəsi ilə nəticələnəcək.

- Aprel döyüşlərinə qədər özlərini qalib hiss edən ermənilər məğlubiyətin dadını aldılar.


- Birinci Qarabağ döyüşündən məğlub ayrılan Ordumuzda Aprel döyüşlərindən sonra ruh yüksəkliyi, özünə güvən yarandı.


- Dünənki döyüş bir daha ermənilərə Rusiyasız heç kim olduqlarını göstərdi. Ona görə az müddət ərzində ölkə, ordu rəhbərliyi tumanlarını başlarına çəkmişdilər. Ordu və xalq panikadadır. Bu müddət ərzində dəfələrlə V.Putinə, S.Lavrova zəng edib imdad dilədilər, təcili Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasının çağırılmasını tələb etdilər.


- Bütün Dünya bir daha şahid oldu ki, birinci Qarabağ müharibəsinin qalibi Ermənistan yox, Rusiya-Ermənistan tandemidir.


Ən əsası Azərbaycan Xalqı olaraq qələbələrə layiq və qadir olduğumuzu gördük!

 

Aslan İsmayılov

Tanınmış vəkil

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top