Gəncədə su xəttini düzəltdikləri yerdə qaz xəttini zədələdilər

HADİSƏ 11 iyl 2020, 22:07

Gəncədə səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən "Azərsu" ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan “Gəncə-2” yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.

 

“Azəriqaz” İstehsalat Birliyindən Demokrat.az-a verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən 3 saat vaxt tələb edir.

 

Hazırda "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top