Suraxanıda Prezidentin xəbərdarlığına niyə əməl olunmur? — FOTOFAKT

SOSİAL 09 iyl 2020, 15:39

Bakının Suraxanı rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına əməl edilmir. 


Demokrat.az xəbər verir ki, iyulun 6-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsində təmizlik işləri həyata keçirilən zaman xüsusi  karantin rejimi qaydaları kobud şəkildə pozulub. 


Suraxanı rayon İcra Hakimiyyətinin yaydığı fotolardan da aydın görünür ki, ərazidə təmizlik işləri aparan şəxslər tibbi maskadan istifadə etməyib, hətta, 5 nəfərdən çox insan bir yerə toplaşıb. Bu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 iyul qərarına ziddir. 


Həmin qərara əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.  


Xatırladaq ki, Prezident İlham Əliyev tibbi maska taxılmasının zəruriliyini dəfələrlə vurğulayıb və xəbərdarlıq edib.

 
Dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı deyib: 


"Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top