Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu

HADİSƏ 07 iyl 2020, 14:35

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, "Mercedes” markalı avtomobil iki piyada qadını vurub. Hər iki qadın hadisə yerində ölüb.


"Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top