Sabah Bakıda 38 dərəcə isti olacaq — PROQNOZ

SOSİAL 06 iyl 2020, 15:36

Azərbaycanda iyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb. 


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.


Cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-24,  gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. 


Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. 


Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 


Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 15-19, gündüz  23-28 dərəcə  isti olacaq.   


Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 7-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top