İldırım 20-dən çox insanın həyatına son qoydu

DÜNYA 05 iyl 2020, 10:51

Hindistanda Uttar Pradeş ştatının ən az 23 sakini şimşək çaxması nəticəsində həlak olub, 29 nəfər yaralanıb.

 

Bu barədə "NDTV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

 

Kanalın verdiyi məlumata görə, Allahabadda 8 nəfər, Mirzapur və Bhadokhi şəhərlərində altı nəfər, Kausambidə daha iki nəfər və Jaunpurda bir nəfər fəlakət qurbanı oldu.

 

Yerli hakimiyyət orqanları zərərçəkənlərin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd edib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top