Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı — FOTOLAR

HADİSƏ 04 iyl 2020, 22:48

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.


Belə ki, Rüstəm Məmmədov idarə etdiyi 90-RF-134 dövlət nişanlı “Mercedes” markalı avtomobillə metronun “20 Yanvar” stansiyasının yaxınlığından Ziya Bünyadov prospektinə daxil olmaq istəyib.


Bu zaman prospektin təmirə bağlı olduğunu görən sürücü avtomobili idarətəetmədən çıxararaq, əvvəlcə beton arakəsmələrə, ardınca isə “Ford” markalı başqa bir nəqliyyat vasitəsinə çırpıb.


Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı müəyyən olunub ki, “Mercedes”in sürücüsü R.Məmmədov müvafiq icazəsi olmadan hərəkət edirmiş.


Qeyd edək ki, Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən gələn istiqamətində yol təmirə bağlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top