İki yaşlı Zəhranın erməni hərbiçiləri tərəfindən öldürülməsinin 2 ili tamam olur — FOTOLAR

GÜNDƏM 04 iyl 2020, 19:40

Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsindən iki ili tamam olur.


Demokrat.az xəbər verir ki, Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuşdu.


Qarabağ müharibəsinin ən kiçik şəhidi hesab olunan Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gələn övladı idi.


Məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar, xarici ölkələrin diplomatik nümayəndəlikləri təcavüzkar erməni ordusunu qınamış, Avropa Məhkəməsinə müraciət olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top