İranda son sutkada koronavirusdan 148 nəfər öldü

DÜNYA 04 iyl 2020, 19:33

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 148 nəfər vəfat edib.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11408 nəfərə çatıb.


İranda son sutka ərzində koronavirusa 2449  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 237878 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 198949  nəfər sağalıb.


Hazırda virus daşıyıcısı olan xəstələrdən 3136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top