İlkin Süleymanov üçün kütləvi müraciət ünvanlandı — FOTOLAR

SOSİAL 04 iyl 2020, 15:56

Tovuzun Dondar Quşçu kəndinin sakinləri İlkin Süleymanov üçün müraciət ünvanlayıb.


BAXAR.AZ xəbər verir ki, 2019-cu ilin noyabr ayının 21-də itkin düşən Nərmin Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Dondar Quşçu kəndi ərazisində tapılıb. Qətli törətməkdə şübhəli bilinən kənd sakini İlkin Süleymanov saxlanılıb. İlkin Süleymanov məhkəmədə qətli törətmədiyini, ondan alınan ifadəni fiziki zorakılıq yolu ilə alındığını bildirib.


İlkin Süleymanovun vəkilləri onun işgəncəyə məruz qaldığını bildirir.


BAXAR.AZ-a daxil olan məlumata görə, Dondar Quşçu kəndinin 500 nəfər  sakini Nərmin Quliyevanın qətlinin düzgün araşdırılması üçün Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva, deputat Erkin Qədirli, DTX-nın rəisi Əli Nağıyev və başqalarına müraciət ünvanlayıb. Onlar İlkin Süleymanovun bu qətldə iştirakının olmadığını bildirirlər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top