Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxmuş xanımı Yelena ZelenskayaCovid-19 infeksiyasına qalib gəlib.
Demokrat.azUkrayna mediasına istinadən bildirir ki, Zelenskaya hazırda özünü daha yaxşı hiss edir. O, ailəsi ilə yenidən birlikdə olmaqdan xoşbəxtdir.
Ölkənin birinci xanımı ağciyərlərin ikitərəfli sətəlcəmi ilə bağlı diaqnoz qoyulmuşdu. O, bundan sonrakı müalicəsini evdə davam etdirəcək.


