Bir neçə gün əvvəl koronavirusa yoluxmuş “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev evə buraxılıb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə xəstəlikdənmüalicə alan jurnalistin özü sosial şəbəkə vasitəsiləməlumat verib.
“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm!
Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”.
Xatırladaq ki, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi 10 gün əvvəl koronavirusa yoluxmuşdu.


