Yasamalda motosiklet avtomobilə çırpıldı

HADİSƏ 02 iyl 2020, 23:50

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

1992-ci il təvəllüdlü Məmmədov Zaur Fərəc oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ incik sümüyünün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top