Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

HADİSƏ 02 iyl 2020, 14:38

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 16:17
Top